Daha bir azərbaycanlı “Roma”nın oyununa təyinat aldı

daha-bir-azerbaycanli-romanin-oyununa-teyinat-aldi
Oxunma sayı: 1207

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Qafqazinfo” xəbər verir ki, UEFA Avropa Liqasının E qrupunda noyabrın 3-də, Vyana şəhərindəki "Ernst Happel" stadionunda keçiriləcək "Austriya" (Avstriya) - "Roma" (İtaliya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.

Qeyd edək ki, bir müddət öncə FİFA referimiz Əliyar Ağayev də Avropa Liqasının qrup mərələsinin ikinci turunda baş tutan "Roma" - "Astra" oyununu idarə etmişdi.