“Çox tənqid edilmişdik” - Şehiç

cox-tenqid-edilmisdik
Oxunma sayı: 1023

"Qarabağ" - "Göteborq" matçından sonra Ağdam təmsilçisinin futbolçusu Muarem Muarem jurnalistlərə müsahibə verib.

Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Oyun haqda fikirləriniz necədir?

- Meydanda əla atmosfer var idi. "Göteborg"la ilk oyundan sonra çox tənqid edilmişdik. Azarkeşlərimiz tribunalarda bizə inanılmaz dəstək verdi. Bunun nəticəsində də qalib gəldik. Rəqib güclü komanda olduğunu ilk oyunda sübut etmişdi. Amma real danışsaq, biz daha güclü idik. İsveçdəki matçda uğursuzluqla üzləşmişdik. 


- Komanda ilk oyunda qol fürsətlərini dəyərləndirə bilmirdi. “Viktoriya” ilə matçda da belə olmuşdu…

- “Viktoriya” ilə matçda uğursuzluq yaşadıq. Topa 70 faiz yiyələnmişdik, qol imkanları yaratdıq, amma vura bilmədik. “Göteborq”la ilk matçda da elə olmuşdu. Bəxtimiz gətirməmişdi. Deyərdim ki, bu oyunda da çox qol vura bilərdik. 5-6 qol fürsətini əldən verdik.

- “Qarabağ”ın qrupda hədəfi necə olacaq?

- Qrup mərhələsini keçmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. İki il qrupda çıxış etmişik. Artıq kifayət qədər təcrübəmiz var.

- Qrupda hansı komandalarla qarşılaşmqa istəyərdin?

- Ötən mövsüm "Tottenhem", "Monako" və "Anderlext"lə eyni qrupda idik. Güclü rəqiblərlə başabaş mübarizə aparmışdıq. Son oyuna qədər şansımız var idi. Komandaların adını xüsusi olaraq çəkməzdim. Ümid edirəm ki, yaxşı çıxış edəcəyik. Ev oyunlarımızda istənilən rəqibi məğlub edə bilərik.