“Çox danışmağa ehtiyac yoxdur” - Kintana

cox-danismaga-ehtiyac-yoxdur
Oxunma sayı: 1169

"Qarabağ" - "Göteborq" matçından sonra Ağdam təmsilçisinin futbolçusu Dani Kintana jurnalistlərin suallarını cavablandırıb.

Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Oyunla bağlı təəssüratların necədir?

- Bu oyunda da göründü ki, rəqibdən üstünük. Hesab 3:0 bizim xeyrimizə başa çatdı. Məncə, çox danışmağa ehtiyac yoxdu. Çox xoşbəxtik.

- Qoldan sonra Aqolli səni qucaqlayıb sevinci bölüşmək istəsə də, onu aqressiv şəkildə itələdiniz…

- Aqollini çox sevirəm. Burada heç bir problem yoxdur. Həmin an ola bilsin ki, çox sevincli idim.

- Qrupda "Mançester Yunayted" kimi güclü kluba qarşı oynaya bilərsiz. Güclü komandalarla qarşılaşmaq istəyirsiz?

- Daha güclü klublarla qarşılaşmaq istəyərdim. Avropada oynamağın ləzzəti elə budur. Ötən il “Tottenhem” və “Monako” kimi klublara qarşı oynamışdıq və xeyli təcrübə qazandıq. Həmin oyunlar bizə çox şey qazandırdı.