“Çox çətinlik çəkdik” - Tino Perez

cox-cetinlik-cekdik-
Oxunma sayı: 981

"Ağır oyun oldu. Xüsusilə, birinci hissədə çox çətinlik çəkdik. Lakin bir müsbət məqam var ki, hesabda öndə olan tərəf biz idik. Yəni hesabı bərabərləşdirmək barədə biz yox, rəqib komanda düşünməli olurdu".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez "Avro-2016"nın final mərhələsində Çexiyaya qalib gəldikləri (6:5) görüşdən sonra deyib. Perez komandasının ilk oyunla müqayisədə daha yaxşı oynadığını bildirib:

"Düşünürəm ki, ilk oyunla müqayisədə daha yaxşı oynadıq. Rəqibimizdən çox qol vurmağı bacardıq və qələbə qazandıq”.