“Çox bərbad idi” - Rəqib futbolçu

cox-berbad-idi
Oxunma sayı: 1247

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran İsveçin “Göteborq” klubunun müdafiəçisi Tomas Ronyenin "Qafqazinfo"ya müsahibəsi:

- Oyunla bağlı fikirləriniz necədir?

- Oyun bizim üçün yaxşı keçmədi. Erkən qollar bizi sarsıtmışdı. Ötən həftə daha yaxşı oynamışdıq. Oyunumuz alınmadı. Çox təəssüf.

- Stadionun ot örtüyü mane oldu?

- Belə ot örtüyündə oynamamışdıq. Çox bərbad idi. Amma hər iki komanda eyni şəraitdə mübarizə aparırdı.

- Bu hesabı gözləyirdin?

- Nə deyim. Sözün düzü, belə olacağını təsəvvür etmirdim. Amma ilk qoldan sonra rəqib hücumlarının kəsərini daha da artırdı. Bu məğlubiyyətlər bizə dərs olmalıdır. İldən-ilə təcrübəmizi artırırq.

- Qrup mərhələsində “Qarabağ”a azarkeşlik edəcəksən?

- “Qarabağ”a uğurlar arzulayıram. Rəqibimizin matçlarına baxacam və onlara azarkeşlik edəcəm.