Çempionlarla gənclər görüşdü - Fotolar

cempionlarla-gencler-gorusdu
Oxunma sayı: 1315

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsinin açılış mərasimi keçirilib.

Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində ölkəmizi Dünya və Avropa çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla gənclərin ilk görüşü baş tutub.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov, Kung Fu idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu, məşqçi Ramin Allahverdiyev, Karate idman növü üzrə Avropa və Dünya çempionu Niyazi Əliyev, Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov və bir sıra media nümayəndələri iştirak edib.

Mərasimi “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin sədri Ağamir Ağamirov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib və onun həyata keçirilməsində dəstəyi olan qurumlara öz minnətdarlığını bildirib.

Daha sonra boks üzrə dünya çempionu Fariz Məmmədov çıxış edərək özünün cızdığı uğurlu idman yolunda əldə etdiyi təcrübəsini gənclərlə bölüşüb, keçirdiyi döyüşlər zamanı yaranan bir sıra maraqlı anlardan və erməni idmançısı üzərində qazandığı qələbədən danışaraq ölkəmizi təmsil etməkdən qürur duyduğunu bildirib.

Çıxış edən Kung Fu idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu, məşqçi Ramin Allahverdiyev bu kimi görüşlərin keçirilməsi ilə gənclərin idmana olan marağının daha da artacaqını qeyd edib, bundan əlavə özünün və tələbələrinin beynəlxalq turnirlərdə iştiraklarından və qazandıqları uğurlardan danışıb və ölkəmizdə idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığını bildirib.