“Çempionatımız bu il daha gərgin keçəcək” - Ramin Musayev

cempionatimiz-bu-il-daha-gergin-kececek
Oxunma sayı: 795

"Azərbaycanda ilk dəfə olaraq "CBC Sport" telekanalı vasitəsiylə püşkatma canlı yayımda azarkeşlərə təqdim olunur. Bizə bu imkanı yaratdıqlarına görə "CBC Sport" rəhbərliyinə təşəkkür edirəm. Çempionatın yayımlanması üçün telekanaldan daha çox şey asılıdır. Bu gün çempionatımız canlı yayımına görə heç bir çempionatdan geri qalmır".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib. O, Azərbaycan Premyer Liqasının 2016/17 mövsümü haqqında danışarkən bir çox məsələlər haqqında fikir bildirib: "Mənim fikrimcə, çempionatımız bu il daha gərgin keçəcək. Niyə? Çünki 8 komandadan 6-sı Avropa Liqasına vəsiqə üçün mübarizə aparacaq. Bu il çempionatda bir az dəyişikliklər olacaq. Legioner rüsumun aşağı endirilməsi klublara kömək oldu. Qərara gəldik ki, bundan sonra futbolçuların adları forma üzərində olduğu kimi yazılmalıdı. Bunu klublarla razılaşıb etmişik".

Ramin Musayev klublarımızın Avrokuboklardakı uğuru haqqında da danışıb: "Keçirilən II mərhələ ilə razılaşmırıq. Bu, bizim çempionatımızın yüksək səviyyədə olması deməkdir. İndi Avropada iki komanda qalıb – "Qarabağ" və "Qəbələ". Həmin klublara uğurlar arzu edirəm”.

PFL-in başqanı FİFA referimiz Əliyar Ağayevin 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında baş tutan Avropa Çempionatının final oyununu idarə etməsindən də danışıb. Musayev Əliyar Ağayevin PFLAFFA-nı yox, Azərbaycanı təmsil etdiyini vurğulayıb və onlarla fəxr etdiyini bildirib.