Cavid Tağıyev millinin heyətindən çıxarıldı

cavid-tagiyev-millinin-heyetinden-cixarildi
Oxunma sayı: 3087

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Bolqarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin qeyd olunmuş oyunlar üçün açıqlanmış heyətində dəyişiklik baş verib.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ" klubunun üzvü Cavid Tağıyev zədələndiyi üçün millinin heyətindən çıxarılıb.

Əvəzində, Elvin Məmmədov ("Qarabağ") və Maqomed Mirzəbəyov ("Qəbələ") milli komandaya dəvət olunub.