Cavid Hüseynov “Qəbələ”yə qoşuldu - Fotolar

cavid-huseynov-qebeleye-qosuldu
Oxunma sayı: 2804

Avropa Liqasının qrup mərhələsinin III turunda "Sent Etyen"ə məğlub olan "Qəbələ" vətənə qayıdaraq Premyer Liqa çərçivəsində qarşılaşacaqları "Sumqayıt"la oyunun hazırlıqlarına başlayıb.

Qafqazinfo” futbol11.az-a istinadən xəbər verir ki, bu gün baş tutan məşqdə Cavid Hüseynov da iştirak edib.

Əvvəlcə fiziki formasını bərpa etmək üçün fərdi olaraq çalışan yarımmüdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb. "Qəbələ" ilə mövsümün sonunadək müqavilə imzalayan yarımmüdafiəçinin məşqdəki fotolarını təqdim edirik: