Cavid Hüseynov 1 ildən sonra stadiona belə qayıtdı - Video +Fotolar

cavid-huseynov-1-ilden-sonra-stadiona-bele-qayitdi
Oxunma sayı: 9140

Bu gün Topaz Premyer Liqasının 9-cu turunda “Qəbələ“Sumqayıt”ın qonağı olacaq.

Qafqazinfo” xəbər verir ki, “Qəbələ”nin eks-kapitanı, yeni azadlığa buraxılan Cavid Hüseynov da matçın iştirak ərizəsində yer alıb. Futbolçu ilk “onbirlik”də olmasa da, sonradan oyuna çıxa bilər.

Qarşılaşma saat 16:00-da başlayacaq. Artıq futbolçular oyundan qabaq məşqə start veriblər. Cavid də bir illik fasilədən sonra ilk dəfə komanda yoldaşları ilə yaşıl meydanlardadır.

***

Hesab hazırda 2-1 "Qəbələ"nin xeyrinədir. Qolları Yusif Nəbiyev, 46 - Rəşad Eyubov, 64; Filip Ozobiç, 73-cü dəqiqədə vurub.

***

82-ci dəqiqədə isə baş məşqçi Cavid Hüseynova şans verdi. Futbolçu bir il iki aydan sonra ilk dəfə stadionda mübarizə aparır.

***

Hesab bərabərləşdi. Amil Yunanov 11 metrlik cərimə zərbəsindən sumqayıtlıları sevindirdi.

***

Qəbələ” “Sumqayıt” qarşılaşması 2-2 hesabı ilə başa çatıb.

Elsevər

Fotolar: Nuran Məmmədov