“Cavab vermәyәcәyəm” - “Daçiya”nın baş mәşqçisi әsәbilәşdi

cavab-vermycyem-
Oxunma sayı: 1651

Avropa Liqasının I təsnifat mərhələsində "Kəpəz” Moldovanın "Daçiya” komandası ilə qarşılaşıb.

Qafqazinfo” xәbәr verir ki, "Dalğa Arena”da baş tutan qarşılaşmada hesab açılmayıb. Oyunsonrası mətbuat konfransında "Daçiya”nın baş məşqçisi Oleq Bejanov jurnalistlərin suallarını cavablandırıb:

"Gözlədiyimiz kimi ağır oyun oldu. İlk hissədə bir qədər həyəcanlı olsaq da, fasilədən sonra özümüzə gəldik. "Kəpəz” çox yaxşı komandadı. Rəqibə artıq bələdik. İkinci oyunda daha yaxşı mübarizə aparmağa çalışacağıq”.

- Bu gün siz ehtiyat oyunçular skamyasında oturmuşdunuz və sizin vəzifənizi klub prezidenti yerinə yetirirdi. Bunu necə izah edə bilərsiniz?

- Mən bu suala cavab vermək istəmirəm.

-Mətbuat katibi müdaxilə edir:

- Klub prezidentinin ehtiyat oyunçular skamyasında oturmağa haqqı var. O da bundan istifadə edirdi. Başqa sualınız varsa, cavablandırmağa hazırıq.

- Moldova çempionatı oyunlarında da tapşırıqları klub prezidenti verir?

- Mən bu suala heç bir cavab verməyəcəm.

- Öncədən daha güclü "Daçiya” gözləyirdik. Bu, əsl "Daçiya idi?

- Sizdə nəyə görə belə bir fikir yarandığını başa düşə bilmirəm. Komandamızda yeni futbolçular bir-birinə tam uyğunlaşa bilməyiblər. Futbolçularımız 20 gündü bir yerdədirlər. Cavab oyununda "Daçiya”dan başqa komanda görəcəksiniz.