“Bu zarafatı göz yaşları ilə edirəm” - Roman Qriqorçuk

bu-zarafati-goz-yaslari-ile-edirem
Oxunma sayı: 2181

Qəbələ”nin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk millilərin rəsmi və yoxlama oyunları ilə əlaqədar yaranan fasilədən yararlanıb. Vətəninə baş çəkən təcrübəli mütəxəssis ukraynalı həmkarlarımızın qələminə tuş gəlib.

 “Qafqazinfo” “Futbol24”ün Qriqorçukla hazırladığı materialı təqdim edir.

İki il – bu, çoxdu. Ancaq futbolda ümumiyyətlə, hər şey anidi, çox sürətlidi.

İkinci yer – birinci yer deyil. Çempionluq başqa aləmdi!

Tez-tez eşitmək olar: “Bəxt güclülərin üzünə gülür”.  Bu sözlərdə bir kəramət var. Hərçənd, bunu əlavə etmək olar: “Onların bəxti gətirir ki, bu xoşbəxtliyə layiqdi”.

Odessada elə kütlə var ki, gözəl azarkeşlik edirlər və komandadan çox şey istəyirlər. Bu, doğrudu. Ancaq həmişə onu xahiş edirəm ki, komandaya sakit, dərin təhlildən sonra qiymət verəsən.

Bəzən düşünürsən ki, bəlkə daha bir klub dağılsın və bizə bir neçə futbolçu gəlsin? Əlbəttə, mən zarafat edirəm. Ancaq bu zarafatı göz yaşları ilə edirəm.

Ukraynada yaranan vəziyyət hamının emosional durumuna neqativ təsir göstərir. Futbolçular emosiyasız, gözləri alışıb-yanmayaraq, oynayırlar.

İnsanları öyrənirəm. Futbolçunun həərkətlərinə və jestlərinə baxaraq, onun nə dərəcədə hazır olduğunu başa düşürəm.

Sürətsiz müdafiəçi heç vaxt yüksək səviyyədə oynamayacaq.

Bizdə Latviyada ingiltərəli mütəxəssis işləyirdi, Hərdən komanda üçün hərbi karantin yaradırdı. Hamı forma geyinirdi, o, hərbi hissə ilə danışırdı və komanda əsgərlikdə olduğu kimi yaşayırdı.

Bu gün taran tipli hücumçular sıradan çıxırlar. Futbol daha sürətli olub. İndi hücumçular daha çox xüsusiyyətlərə malik olmalıdırlar. Bu, sürətdi – həm start, həm də distansiya üzrə. Bu, rəqibi təkbətək mübarizədə aldatmaq, boş zonalara soxulmaq, həm özünə, həm də komanda yoldaşına oynamaqdır. Bu, komandanın hücumu bitəndən dərhal sonra rəqibə pressinq tətbiq etmək bacarığı, müdafiədə aqressiv və dəqiq hərəkət etməkdi.

İstedadlı futbolçunun ardınca mən hətta Afrikaya pidaya getmətə və onun əlindən tutaraq, birgə qayıtmağa haızram.

Futbolçu daim öyrənməlidir, o, meydana çıxmamışdan çox ciddi şeyləri məşq edə bilər. Bu, həm standartlara, həm taktikaya, həm də kombinasiyaya aiddi. Başa düşmürəm ki, meydanda zülm çəkmək nəyə lazımdı? Axı, hər şeyi nəzəriyyədə öyrənib, beynində götür-qoy edib, meydanda təmiz iş görmək mümkündü. Futbolçulara məhz belə yanaşmanı tövsiyə edirəm.

Prioritet qruplarda, eyni cinahda oynayan futbolçulara bir-biriləri ilə ünsiyyət qurmaq laızmdı. Onlar hələ matçadək birgə oturaraq mümkün gedişləri, işarələri müzakirə etməlidirlər.

Təklikdə mənə hər şey demək olar. Hətta deyərdim ki, futbolçu barəmdə, komanda haqda nə düşündüyünü deməsini istəyirəm, bu, mənə çox maraqlıdır. Oyunçuyla hər bir söhbət vəziyyəti hiss etməyimə imkan yaradır.

Əgər kollektiv özünü düzgün aparmayan, davranış qaydalarını pozan fiqur görürsə, onu yerinə oturtmaq lazımdı.

Nəzərriyədə yatmaq – bu, məşqdən əvvəl bir şüşə araq içməyə bərabərdi. Hərçənd, yox! Nəzərriyədə yatmaq – daha böyük qayda pozuntusudu. Bu səbəbdən də, Allah eləməsin, belə bir hal yaşansın!

Nəzəriyyədən də, məşqdən də sonra insan futbolu unutmamalıdı, boş vaxtında öz üzərində çalışmalıdı. Sutkada 24 saat var, 8-ni yatırsan. Daha 4 saat nəzəriyyə və məşqə gedir. Qalan 12 saatda nə edəcəksən? Əlbəttə, bütün qalan vaxtı öyrənməyə sərf etməməlisən. Ancaq daha 1-2 saatını oyun anları haqda düşüncələrə niyə sərf etməyəsən?

Start heyətini nə vaxt müəyyənləşdirirəm? Bəzən 1 gün əvvəldən, bəzi hallarda isə oyun günü. Adətən beynimdə 2 heyət olur. Biri, məsələn, standartlar zamanı daha güclüdü.

Fergüssonun dönəmində həmişə “Mançester Yunayted”i izləyirdim. Çünki o, fenomendi və bəlkə də bir daha təkrarlanmayacaq fenomen. Axı, 10 illiklərlə komanda oynayır, insanlar gedib-gəlir, nəticə isə daim əldə edilir.

“Everesti ev şəpiklərində fəth etmək”. Ser Aleks Fergüssonun həyat tərzidi.

Daha çox axşamlar çalışmağı sevirəm. Ailə yatır, mən də fikirlərimlə tək qalıram. Ətrafda sakitçilik hökm sürməlidi. Oturub fikirlərimi dəftərçəyə yaza bilərəm, kompüter arxasında işləməyi sevmirəm. Qeydləri əllə aparanda, hər şey sistemləşir. Hərçənd, bütün informasiyanı beynimdə saxlayıram.

Saç düzümüm praktikliklə bağlıdı. Vaxtilə daxilimdə moda və rahatlıq arasında müharibə gedirdi. Yekunda rahatlıq qalib gəldi.

Üç gün dincəlmək olar. Bəzən ixtiyarında 3 gün olmasını arzulayırsan, istəyirsən ki, səni heç nə qovmasın, saata baxmayasan, zamanını istədiyin istiqamətdə sərf edəsən. Ancaq 3 gündən sonra bu, dözülməz olur.

Mütləq normal yatmalıyam. Əks halda, özümü narahat hiss edəcəm. Yuxuya getmək üçün nə spirtli içki, nə hansısa tabletka, nə də narkotikə ehtiyacım var. Özümü nəzarətdə saxlamağa öyrəşmişəm. Gecə 2-dən gec yerimə girmirəm, səhər isə 9-dan tez oyanmıram.

Nə qədər təəccüblü olsa da, ən çox oyundan öncəki gecə yatıram.

Səhər yeməyi? Adətən bu, kəsmik, yumurta və yeni sıxılmış şirədir.

Bir dəfə “Qəbələ”nin əvəzedicilərinin oyununa baxmağa gəlmişəm. Jurnalistlərdən biri yaxınlaşıb kameraya bir neçə söz deməyimi xahiş edir. Söhbət edirik... Və bu anda kənardan kimsə yaxınlaşır və soruşur: “Alışqanınız olmaz?”. Ətrafda o qədər adam var ki, kimdən istəyirsən soruş da!”