“Bu onların mәhvinә sәbәb olar” - Tәrlan Әhmәdov

bu-onlarin-mhvin-sbb-olar-
Oxunma sayı: 1393

Topaz Premyer Liqasının XXIII trunda keçirilən AZAL - "Qəbələ" matçı 1:1 hesabı ilə başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Tərlan Əhmədov bərabərliyi şərh edib.

"Futbolçularıma təşəkkür düşür. Sona qədər mübarizə apardılar. Uduza da bilərdik. İndiki durumda bu xal bizə çox lazımdır"

- Turalın durumu nə yerdədir?

- Turalın durumu ciddidir. Dizlərində problem böyükdü. Həkimlərin nə qərar verəcəyini bilmirəm.

- 7-ci pillə ilə xal fərqi çox böyükdü. Bu halda komandanı necə motivasiya edirsiz?

- Maraqlı sualdı. Hər oyundan öncə motivasiya lazımdı. Praktiki cəhətdən mümkün deyil. Futbolçuların özünə inamı var. Ümid sona ölür. Onlara öz və komandanın adına futbol oynamaları lazımdı.

- Bu gün heyətdə oynayan futbolçulardan 4-ü vaxtı ilə "Qəbələ"də çıxış edib. Oyuna xüsusi motivasiya ilə çıxmamışdılar?

- Həmişə futbolçulara demişəm ki, keçmiş klubumuzda olanları unudun. Bu, onların məhvinə səbəb ola bilər. Bəlkə də daxillərində nələrisə düşünürlər.

- Yaxşı imkanları olan komandanın baş məşqçisi kimi autsayderə uduzsaz, özünüzü necə hiss edərdiz?

- Gərək buna həmin anda hiss edəsən. Amma açığı deyim ki, "Neftçi"də köməkçi məşqçi olanda "Rəvan"a uduzmuşduq. Çox tənqid olunmuşduq. Çempionluq yolunda ağır zərbə alanda komandaya çox pis təsir edir. Futbolda belə şeylər olur. İnsan həyatı da belədi.