“Bu, mənim üçün yaxşı hal deyil” - “Qəbələ”nin futbolçusu

bu-menim-ucun-yaxsi-hal-deyil
Oxunma sayı: 1154

Qəbələ”nin liberiyalı futbolçusu Teo Uiks sport24.az saytına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Milli komandaya görə yaranan fasilədən necə istifadə edirsiniz?

- Məşqlər qaydasındadır. Qəbələdə hazırlaşırıq.

- Liderliyinizi qoruyub saxlamağa, çempion olmağa tam hazırsınız?

- Əlbəttə! Mövsümün əvvəlindən çempion olmağa hazırıq. Düzdür, çətin olacaq, amma birincinliyi qazanmalıyıq.

- Çempionatın son turunda “İnter”ə qarşı yaxşı oynadınız. Amma qış fasiləsindən sonrakı matçların hamısı haqqında bunu deyə bilmərik...

- Bəzən yaxşı oynamaq mümkün deyil. Hər zaman əsas olan 3 xaldır. Yaxşı oynayıb, 3 xal qazanmasaq, nə faydası?! Bizi çempion yaxşı futbol deyil, qazandığımız xallar edəcək.

- Qış fasiləsindən sonra çox az forma şansı qazanırsan...

- Düzdür, bu, mənim üçün yaxşı hal deyil. Amma şansımı gözləyirəm. Bəzən futboldakı reallıqlarla barışmalısan. Mən “Qəbələ”nin futbolçusuyam, hər zaman meydana çıxmağa, komandama kömək olmağa hazıram.

- Limit haqqında nə düşünürsən?

- Hazırda ən çox “Qəbələ”nin çempionluğuna töhvə vermək haqqında düşünürəm. Komandam üçün lazımlı işlər görməliyəm. Limit bu çempionatın ən böyük problemlərindən biridir. Bu, məşqçilərin meydana buraxdıqları heyəti düşünməsinə də çətinlik yaradır. Amma sonda onlar qərar verirlər.

- Qarşıdakı 7 oyununuzdan 5-i səfərdədir. Çətin olmayacaq?

- Məncə, səfərdə və ya evdə oynamağı düşünməyə dəyməz. Əgər hədəf qızıl medallardısa, bütün matçlara qalib ruhu ilə meydana ayaq basmalıyıq. Evdə və ya səfərdə, nə fərqi var? Harda oynamağımız önəmli deyil.

- Hakimlik səni də narahat edir?

- Burda referilər inaılmazdır. Hər oyunda bir gözlənilməz qərar verirlər.

- “Qəbələ” rəsmilərinə və Nika Kvekveskiriyə verilən cəzalardan sən də narazı idin?

- Klub rəsmilərinə verilən cəzaları şərh edə bilmərəm. Çünki nə baş verdiyi haqqında məlumatım yoxdur. Amma Nikaya verilən qırmızı çox inanılmazdır.

- “Neftçi” qış fasiləsindən sonra yaxşı təsir bağışlayır. Növbəti oyununuz onlara qarşıdır....

- Formada olsalar da, olmasalar da, bizi öz oyunumuz və 3 xal düşündürür. Onlardan 3 xal almaq üçün hər şeyi edəcəyik. Bütün oyunlarda qalib gəlməliyik.