“Bu, məğlubiyyətə haqq vermir” - Robert Prosineçki

bu-meglubiyyete-haqq-vermir-
Oxunma sayı: 1660

Avstriyadakı ikinci hazırlıq matçında Makedoniyaya məğlub olan (1:3) milli komandamızın baş məşqçisi Robert Prosineçki apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Oyun haqqında nə deyə bilərsiniz?
- İki fərqli hissə izlədik. İlk yarıda biz pis oynadıq. Rəqibə iki top “hədiyyə etdik”. Normal ötürmələr verə bilmirdik. İkinci hissədə isə fərqli oyun oldu, ancaq Əfran, Ruslan və Ağabala fərqlənə bilmədi. Hesabı bərabərləşdirə bilərdik, bilmirəm niyə alınmadı. Analiz etmək lazımdı. Ümumiyyətlə, ikinci hissədən razıyam.

- İlk hissədən sonra “Neftçi”nin iki oyunçusunu çıxartdınız. Bəlkə problem onlarda idi?
- Öz seçimlərimi klublara görə eləmirəm. Onlar hamısı millinin oyunçularıdır. Rəhman və Araz öz oyunlarını göstərə bilmədilər. Onları əvəzləyənlər isə daha yaxşı oynadılar. Təəssüf ki, ikinci qolu vura bilmədik.

- Nəyə görə başqa dəyişiklik etmədiniz?
- Yaxşı oynamağa başladılar, mən də uşaqları dəyişmək istəmədim.

- Milli çempionatın səviyyəsinin düşdüyünü demişdiniz. Bu, oyununuza təsir edirmi?
- Bəhanələr səsləndirmək istəmirəm. Bəli, futbolçular mövsümün sonunda yorğundular. Ancaq bu, məğlubiyyətə haqq vermir.

- Bu gün millinin oyununu DÇ-2018-in təsnifat mərhələsindəki rəqiblərindən Çexiya, Norveç və Şimali İrlandiyanın nümayəndələri də izləyirdilər. Bu gün onlar nə gördülər?
- Bu barədə bilmirdim. Onlar gördülər ki, biz ilk hissədə zəif, ikinci hissədə isə yaxşı oynadıq. Bizim vacib zədəli oyunçularımız var – Namiq Ələsgərov, Rahid Əmirquliyev və Eddi İsrafilov. Namiq Kanadaya qarşı oynayacaq.