“Bu mәğlubiyyәti gözlәmirdik” - Rәqib mәşqçi

bu-mglubiyyti-gozlmirdik-
Oxunma sayı: 2409

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən “Qarabağ” PAOK matçı Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qafqazinfo” xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı Vladimir İviç oyunla bağlı fikirlərini bildirib.

“İlk dəqiqədən istədiyimiz oyunu qura bilmədik. Bu səbəbdən də məğlub olduq. Düzü, bu nəticəni gözləmirdik. Gözlədiyimiz kimi olmadı. Səhvlərimizi götür-qoy edib, yolumuza davam etməliyik. İlk hissədə daha diqqətli oynadıq. Qol imkanları da qazandıq. Amma topu qapıdan keçirə bilmədik. Məğlubiyyətin məsuliyyətini dərk edirəm. Ancaq hər şey bizdən asılıdı. İstəsək, vəziyyəıti düzəldə bilərik”.