“Bu, işimizә çәtinlik törәdir”

bu-isimiz-ctinlik-tordir
Oxunma sayı: 839

Topaz Premyer Liqasının XXI turunda "Neftçi” doğma azarkeşlər önündə "Xəzər Lənkəran”ı qəbul edib. "Bakcell Arena”da baş tutan oyun "Neftçi”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev qarşılaşmanı şərh edib:

“Bu komandalar arasında oyun həmişə gərgin keçir. Lənkəran təmsilçisi böyük dəyişikliklərə baxmayaraq qələbə üçün çalışırdı. "Xəzər Lənkəran” oyununu hücumlar üzərində qurmuşdu. Futbolçulara cinahdan oynamaq tapşırıqları vermişdim. Hücumçu problemimiz var. Sırf hücumçu olmaması işimizə çətinlik törədir. İkinci hissədə taktiki dəyişiklik etdim. 2 hücumçu ilə oynadıq və Fəhmini cinahalara çəkdim. Düşünürəm ki, hücumçu problemimizi Kanaleslə yoluna qoya biləcəyik. Kanales komandamıza yad sima deyil. Komandamıza böyük xeyri dəyəcəyini fikirləşirəm”.