“Bu çətindir” - Prosineçki

bu-cetindir-
Oxunma sayı: 654

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

"Qafqazinfo" xəbər verir ki, 47 yaşlı mütəxəssis DÇ-2018-in seçmə mərhələsində rəqiblərlə başabaş mübarizə aparacaqlarını bildirib: 

“Azərbaycan millisinin seçmə mərhələdə rəqiblərinə çətinlik yaradacağına inanıram. Bütün rəqiblərimizlə başabaş mübarizə aparacağıq. Amma final mərhələsinə yüksələcəyimizi söyləyə bilmərəm. Bu, çətindir. Onu dəqiq deyə bilərəm ki, Azərbaycan milli komandasına rəhbərlik etdiyim dönəmdən komandada inkişaf var”.
Qeyd edək ki, DÇ-2018-in C qrupunda yarışacaq millimiz Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə yığmaları ilə mübarizə aparacaq.