“Bu, böyük qәlәbәdir”

bu-boyuk-qlbdir
Oxunma sayı: 1358

Xəbər verdiyimiz kimi, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində , “Qarabağ” İsveçin “Göteborq” klubunu 3:0 hesabı ilə məğlub edib və qrup mərhələsinə vəsiqə qazanıb.

Qafqazinfo” xəbər verir ki, oyundan sonra “Qarabağ”ın idman direktoru Әmrah Çәlikәl açıqlama verib:

“Hamınızı tәbrik edirәm. Bu, böyük qәlәbәdir. İnandıq vә qrupdayıq. Stadionun vәziyyәti yaxşı deyildi. Hava şәraiti dә istidir. Bunu da nәzәrә almaq lazımdır”.

Çәlikәl qrup mәrhәlәsinin oyunlarını Bakı Olimpiya Stadionunda keçirmәk barәdә bunları deyib:

“Biz dә çox istәrdik. Amma hәlә bu barәdә nәsә demәk çәtindir. Ona baxacağıq. Mümkündür ki, bu olsun”.