Böyük hesabla uduzduğumuz komandaya qalib gəldik

boyuk-hesabla-uduzdugumuz-komandaya-qalib-geldik
Oxunma sayı: 1434

Sloveniyada təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti yoxlama oyununa çıxıb.

Qafqazinfo”nun məlumatına görə, yığmamız yenidən sloveniyalı həmyaşıdları ilə qarşılaşıb. Matç millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Sloveniya ilə ilk oyun komandamız böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 1:4.

Qollar: Mahir Mədətov, 11 (1:0), Leo Stulaç, 23 (1:1), Elşən Abdullayev, 45 (2:1).