“Böyük dəbilqə”yə 2 nəfərlə…

boyuk-debilqeye-2-neferle
Oxunma sayı: 1003

Dekabrın 4-dən 6-dək Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük dəbilqə” yarışı keçiriləcək.“Qafqazinfo” xəbər verir ki, ilin son mötəbər turnirinə Azərbaycan millisi də qatılacaq.

Komandamızın baş məşqçisi Peter Zayzenbaher Tokioda cəmi 2 idmançıya - Elmar Qasımovla Elxan Məmmədova şans verəcək. 100 kq çəki dərəcəsində tatamiyə çıxacaq cüdoçularımızın döyüşləri dekabrın 6-na təsadüf edəcək.

“Böyük dəbilqə”də ümumilikdə 96 ölkədən 528 idmançı (324 kişi, 204 qadın) qatılacaq.