Bolqarıstan - Azərbaycan - Hakimlər bəllidir

bolqaristan-azerbaycan-
Oxunma sayı: 2715

“Avro-2016”nın seçmə mərhələsində keçiriləcək Bolqarıstan - Azərbaycan matçının hakimləri müəyyənləşib.

“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, Sofiya şəhərində keçirilən oyun Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi olacaq Tomaş Boqnara həmyerliləri Peter Beretyan və Qabor Eros köməklik edəcək. Teodoros Georgiu isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də “Vasil Levski” stadionunda keçiriləcək Bolqarıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.