“Boavişta” Kamran Ağayevlə bağlı bəyanat yaydı

boavista-kamran-agayevle-bagli-beyanat-yaydi
Oxunma sayı: 1984

"Boavişta" millimizin qapıçısı Kamran Ağayevin Portuqaliya Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalanması ilə barışa bilmir. “Qafqazinfo” xəbər verir ki, Portu təmsilçisi bununla bağlı bəyanat yayıb.

Belə ki, "Boavişta" rəhbərliyi 3 oyunluq cəzanı ağır qərar hesab edir.

"Heç kim bu haqsıızlığa görə susacağımızı düşünməsin. Bizə bu yolla təsir etmək olmaz. Həmin epizoda baxanda görərik ki, Kamran Ağayevə verilən cəza doğru deyil" deyə, bəyanatda qeyd olunur.

Xatırladaq ki, "Benfika" ilə keçirilən və 3:3 hesabı ilə başa çatan qarşılaşmanın final fitindən sonra Kamran Ağayevlə meydan sahibinin futbolçuları arasında gərginlik yaşanıb. Matçın baş hakimi isə Kamrana münaqişədə iştirakına görə ikinci sarı vərəqəni göstəib. Federasiyanın İntizam Komitəsi isə millimizin qapıçısına 3 oyunluq cəza və 1530 avro cərimə kəsib.