Blatter və Platini 90 günlük vəzifəsindən kənarlaşdırıldı

blatter-ve-platini-90-gunluk-vezifesinden-kenarlasdirildi
Oxunma sayı: 837

FİFA-nın prezidenti Zep Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini 90 günlük vəzifəsindən kənarlaşdırılıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu qərarlar Etika Komitəsinin istintaq palatası tərəfindən həyata keçirilib.

Buna səbəb hər 3 şəxsin adının rüşvət qalmqalında hallanmasıdır.

Lakin Etika Komitəsinin cəzaları bununla bitməyib. Onlar FİFA-nın prezidenti postuna namizəd cənubi koreyalı Çon Mondju 6 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıblar. Həmçinin, ona 100 min İsveçrə frankı məbləğində cərimə kəsilib.