“Bizim üçün “Qarabağ”la çәtin oldu”

bizim-ucun-qarabagla-ctin-oldu
Oxunma sayı: 975

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti turunda təmsilçimiz “Qarabağ” “Tottenhem”lə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatan oyundan sonra “Tottenhem”in baş mәşqçisi Maurisio Poçettino jurnalistərin suallarını cavabandırıb:

“Düşünürәm ki, bizim üçün çәtin oldu. “Qarabağ” güclü komandadır. Bizә nәticә lazımdır. Biz öz oyunumuzu göstәrә bildik. Hәr şey istәdiyimiz kimi oldu. Komandamdan razıyam. “Qarabağ”ın ilk dәfә evdә uduzduğunu da nәzәrә almalıyıq”.

- “Qarabağ" son turda Tottenhem"in qәlәbәsini arzulayacaq. Siz isә hәr şeyi hәll etmisiz. "Monako" ilә matça da ciddi yanaşacaqsız?

- Bizim üçün bütün yarışlar vә oyunlar önәmlidir. Biz "Monako"nu da udmağa çalışacağıq. Çünki matçların fәrqi yoxdur. Bütün futbolçularımız da meydanda olacaq

- İlk yarının sonlarında "Qarabağ"ın futbolçusu yerdә olduğu halda "Tottenhem"in üzvlәri topu meydandan çıxarmadılar. Sizin buna münasibәtiniz necәdir? Düşünmürsüz ki, "fair pley"i pozdunuz?

- Mәn dә hәmin epizoddan razı qalmadım vә buna görә üzgünәm. Amma burda mәsuliyyәt tam hakimin üzәrindә idi. Biz topu ordan çıxarmalı idik. Bakıda bizim üçün sürpriz oldu. Xüsusәn azarkeşlәrjn davranışı xoşuma gәldi.

Elsevər