“Bizim üçün heç nə bitməyib”

bizim-ucun-hec-ne-bitmeyib
Oxunma sayı: 1339

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Lill” doğma meydanında “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edib.

"Qafqazinfo" xəbər verir ki, “Lill”in baş məşqçisi Frederik Antonetti oyundan sonra jurnalistlərin suallarını cavablanıdırıb:

- Nəticəni necə hesab edirsiz?

- Təəssüflər olsun ki, erkən qol buraxdıq və istədiyimiz oyunu qura bilmədik. Evdə keçirdiyimiz oyunda qələbə qazanmalı idik. Amma problemlərimizin olması açıq-aşkar görünürdü. Rəqibin heyətində yaxşı futbolçuların olduğunu oyundan öncə də bildirmişdim.

- Hücum xəttində "dişsizlik" hiss olunurdu...

- Qol epizodlarımız çox oldu. Şanslarımızda istifadə etməli idik. Cavab matçına yaxşı hazırlaşmalıyıq.

- Şansları necə dəyərləndirirsiz?

- Deyərdim ki, şanslar bərabərdir. Hər iki komanda növbəti mərhələyə yüksəlmək üçün sonra qədər mübarizə aparacaq.

- Doğma meydanda bacarmadığınızı səfərdə edə biləcəksiz?

- Bizim üçün heç nə bitməyib. Bu hesab bizim üçün faciə deyil. Cavab matçında hər şey ola bilər. Amma Bakıda çətin olacağını indidən qeyd etmək istəyirəm.

- Ederin yoxluğu özünü göstərirdi. Onu cavab oyunu üçün Bakıya aparacaqsız?

- Eder bu oyuna tam hazır deyildi. Əlbəttə, Eder bizim əsas futbolçularımızdan biridir. Onun cavab matçında oynayacağı gözlənilir.