“Bizim müdafiə xəttimiz güclüdür” - Teo Uiks

bizim-mudafie-xettimiz-gucludur
Oxunma sayı: 999

Topaz Premyer Liqasının 6-cı turunda "Qәbәlә" sәfәrdә "Zirә"ni 2:0 hesabı ilә mәğlub edib.

Matçdan sonra "qırmızı qaralar"ın hücumçusu Teo Uiks "Qafqazinfo"nun suallarını cavablandırıb:

- Artıq 5-ci qәlәbәnizi qazandınız...

- Çempion olmaq üçün bütün oyunlarda qalib gəlmək lazımdır. Hazırda bu davam edir. Demək asandır, amma qələbə qazanmaq çətindir.

- 6 oyundur ki, qol buraxmırsız. Bu seriyanızın sirri nədir?

- İstəyirik ki, uduzmayaq. Komanda şəklində oynayırıq. Bizim müdafiə xəttimiz güclüdür.

- “Qarabağ”la oyunda qələbə seriyasını davam etdirmək mümkün olacaq?

- “Qarabağ” çox güclüdür. Biz qyaxşı müdafiə olunsaq, belə onlar bizə qol vura bilər. Onlar da bizi kimi Avropa Liqasının qrup mərhələsində çıxış edən komandadır. Oyunlarını diqqətlə izləmişəm və çox yaxşı kollektivdirlər.

- Avropa Liqasında “Maynz”a qarşı oyunu da buraxacaqsınız. Bu, sizə necə təsir edir?

- Özümü çox üzgün hiss edirəm. Komandam oynayır və mən bunu kənardan izləyirəm. İstəyirəm ki, komandama meydanda kömək olum. Qələbə sevincini onlarla birgə yaşamaq istəyirəm. Məğlub olduqda da həmçinin.