“Bizi çətin oyun gözləyir” - Almaniya millisinin ulduzu

bizi-cetin-oyun-gozleyir-
Oxunma sayı: 1683

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq Almaniya yığmasının futbolçusu Sami Hedira oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. "Qafqazinfo" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında medai əhlinin qarşısına çıxan “Yuventus”un yarımmüdafiəçisi əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Bizim üçün vacib oyundu. Tam gücümüzlə oynamalıyıq. Burda keçirdiyimiz son oyunda 2:0 qalib gəlmişdik (əslində 1-i 3:1-di). Bizi Bakıda çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, burdan 3 xalla ayrılaq.

- Avropa çempionatının seçmə mərhələsinə bir qədər pis başlamışdız. Bu dəfə isə daha yaxşı start götürmüsüz. Ötən seçmə qrupla budəfəki arasında hansı fərqləri görürsünüz?

- DÇ-2014-dən sonra bəzi oyunçular milli karyerasını bitirmişdi. Bəzi oyunçularımız isə zədəli idi. Həmin seçmə mərhələdə bu amillər müəyyən rol oynadı. Son Avropa çempionatında istədiyimiz nəticəni əldə edə bilmədik. Ancaq dünya çempionatında daha yaxşı çıxış etməyi qarşımıza məqsəd qoymuşuq. Sabah burdan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Son illər zədədən tez-tez əziyyət çəkirdiz. İndi isə geri qayıtmısınız. Komandadakı rolunuzu necə görürsünüz?

- Hazırda karyeramın zirvəsindəyəm. Bu yaxınlarda 30 yaşımı qeyd edəcəm. Məncə, komandada öz yerim var. Baş məşqçiylə söhbətdə də görürəm ki, komanda üçün vacib oyunçuyam.

- Burda əvvəl də olmusuz. Bakı barədə təəssüratlarınız necədi?

- Komanda yoldaşlarım şəhəri gəzməyə getsə də, mən getmədim. İstirahət etməyi üstün tutdum.