“Biz üstün idik” - Maksim Medvedev

biz-ustun-idik-
Oxunma sayı: 637

Qəbələ” ilə səfər matçından sonra “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev "Qafqazinfo"nun əməkdaşının da suallarını cavablandırıb.

- Qarşılaşma haqda fikirləriniz necədir?

- Maraqlı oyun oldu. Hər iki komanda vacib oyun olduğunu dərk edirdi, futbolçular meydanda ürəklə vuruşurdular. Futboldu, məğlub olmaq da mümkündü. Nə qədər arzu etməsən də, bu nəticə ilə üzləşməli olursan. Növbəti matçlarımıza qələbə üçün çıxacağıq. Əgər zirvədə qalmaq istəyiriksə, başqa yolumuz yoxdu.

- "Qəbələ"nin qələbə qazanması çempionluq yarışına nə dərəcədə təsir etdi?

- İki komanda arasında çempionluq yarışı daha gərgin hal alıb. Keçən il "Qəbələ"dən 6 xal geridə olsaq da, sonda sevinən tərəf biz olduq. Çempionatın sonuna çox var və "Qəbələ" ilə daha bir oyunumuz olacaq. Çalışıb digər oyunlarda daha diqqətli olmalıyıq.

- Komandanız yaxşı oynasa da, son vuruşlarda nəsə çatışmırdı. Bu haqda nə deyə bilərsən?

- Mən müdafiədə oynayıram və bütün oyunu görə bilirəm. Biz bütün oyunu üstün oynayırdıq, meydanda çox hərəkət edirdik. ancaq son məqamda nəsə çatışmırdı. Məsələn deyə ki, bu oyunda 20 dəfə cinahdan cərimə meydançası daxilinə ötürmə elədik, ancaq bir dənə də qol vura bilmədik. Sadəcə, bəzi epiozdlar üzərində işləmək lazımdı. Məncə, son toxunuş çatışmır.

- İqlim şəraiti oyunun nəticəsinə necə təsir etdi?

- Külək yox idi, soyuq da olsa, biz ar bədən isinəndən sonra oynamaq ləzzət edirdi. Ümumiyyətlə, azarkeşlər əla atmosfer yaratmışdılar.