Bir oyunun vaxtı dəyişdirildi - Saatlar bəllidir

bir-oyunun-vaxti-deyisdirildi
Oxunma sayı: 796

Topaz Premyer Liqasının 21-ci turunun oyun cədvəli açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, turun görüşləri 3 gün ərzində baş tutacaq.

Buna səbəb oyunlardan birinin vaxtının dəyişdirilməsidir. Belə ki, “Zirə” – “Rəvan” matçı bir gün sonraya keçirilib. Paytaxt təmsilçilərinin oyunu fevralın 14-də deyil, 15-də baş tutacaq. Dəyişikliyə səbəb oyunun televiziya ilə yayımıdır.

Topaz Premyer Liqası
XXI tur

13 fevral (şənbə)

14:30. AZAL – “İnter”
AZAL Arena

17:00. “Neftçi” – “Xəzər Lənkəran”
8-ci km qəsəbə stadionu

14 fevral (bazar)

15:00. “Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu

17:30. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

15 fevral (bazar ertəsi)

18:30. “Zirə” – “Rəvan”
Zirə İdman Kompleksinin stadionu