“Bir gün yenidən “Qarabağ”a qayıdacam”

bir-gun-yeniden-qarabaga-qayidacam
Oxunma sayı: 1200

"Qarabağ"ın qolkiperi Fərhad Vəliyev komandanın sıralarını tərk edərək "Sumqayıt"la müqavilə bağlayıb. 2006-cı ildən 9 il müddətində Ağdam klubunda tər tökən Vəliyev "Qarabağ"ın qazandığı uğurlarda pay sahibi olub.

"Qafqazinfo" xəbər verir ki, təcrübəli əlcək sahibi ayrılması haqda klubun rəsmi saytına açıqlama verib: "Təbii ki, 9 ildir oynadığım komandadan ayrılmaq mənim üçün üzücüdür. Bura mənə ailəm kimidir. Nə vaxtsa, yenidən məşqçi kimi də olsa da, "Qarabağ"a qayıtmaq istəyirəm. Bu 9 il karyeramın ən yaxşı vaxtları idi. Hər zaman klub rəhbərliyi, baş məşqçimiz Qurban müəllim, Elxan müəllim (Elxan Həsənov – qapıçı hazırlığı üzrə məşqçi) öz dəstəyini verib. Daha bir - iki il karyeramı davam etdirmək fikrindəyəm. Bir daha vurğulayım, nə vaxtsa yenidən "Qarabağ"a qayıtmağı planlaşdırıram. Daim "Qarabağ"ın uğur qazanmasını arzulayacam".