“Bir az aqressiv olsaydıq, qazana bilərdik” - Qriqorçuk

bir-az-aqressiv-olsaydiq-qazana-bilerdik-
Oxunma sayı: 968

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK (Yunanıstan) – “Qəbələ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, ukraynalı mütəxəsis komandasından razı qaldığını bildirib: "Krasnodar" - "Borussiya" oyununun nəticəsini bildikdə məyus oldum. Çünki qalib gəlsən də, xeyri olmayacağını bilirsən. Amma buna baxmayaraq, biz bu oyuna çıxmalı idik. Ola bilər ki, belə oyunlar hansısa futbolçunun praktikasında az olub, ya da heç olmayıb. Bu üzdən də oyunçularıma dedim ki, nəticə necə olursa olsun biz çıxıb futbolumuzu nümayiş etdirməliyik. Futbolçularımdan, onların matça yanaşmasından razı qaldım. Ümumilikdə yaxşı oynadlq. Komandam haqda yalnız müsbət fikirdə olduğumu deyə bilərəm.

Matça daha hazırlıqlı olanlar çıxmışdı. Start heyətini həmişə buna əsasən müəyyənləşdiririk. Futbolçularımız bu qarşılaşmada bir az fəal və aqressiv olsaydı, daha yaxşı nəticə qazana bilərdik. Amma bu gün oyunçularımla fəxr edirəm. Bundan sonra keçirəcəyimiz çempionat və avrokubok matçlarında qələbə qazanmağa çalışacağıq. Qrupdan çıxmaq üçün komanda çox güclü olmalıdır və heyətdə elə 3-4 elə oyunçu olmalıdır ki, vəziyyəti dəyişə bilsin. Sadəcə işləməli, bu oyunların analizini etməli və nəticə çıxarmalıyıq. Yolumuza çempionatda davam etməliyik. Qarşıda zamanımız var və bundan öz xeyrimizə istifadə etməliyik”.