“Beşiktaş”lılar Aykaçın qovulmasını istəyir - Azərbaycana görə

besiktaslilar-aykacin-qovulmasini-isteyir
Oxunma sayı: 5391

Türkiyənin “Beşiktaş” klubunun azarkeşləri bir vaxtlar komandada idarəçilik edən Alattin Aykaçın idarə heyətinə üzvlükdən atılmasını istəyir. “Qafqazinfo” xəbər verir ki, tərəfdarlar bununla bağlı klubun binası önündə aksiya da keçirib.

Buna səbəb isə onun ötən mövsüm “Fənərbaxça” – “Qalatasaray” oyunundan sonra “sarı-lacivərdli” komandanın prezidenti Aziz Yıldırımın önündə yerə oturmasıdır. Həmin vaxt da azarkeşlər kluba bu səbəbdən etiraz etmişdi.

Kluba son göndərilən maillərdə isə Ermənistanın Azərbaycana etdiyi soyqırımı qəbul etməyən ölkələrdən biri olan Serbiyanın vətəndaşlığına keçən Aykaçın klubdan göndərilməsi istənilir.

Qeyd edək ki, Alattin Aykaç bir vaxtlar “Palmali” Şirkətlər Qrupundan işləyib. Mübariz Mənsimova yaxın olan Aykaç pul yeyintisi səbəbindən şirkətdən çıxarılıb.