“Bəraət qazanmağa çalışacağıq” - Svanadze

beraet-qazanmaga-calisacagiq
Oxunma sayı: 633

“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Qafqazinfo” xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib: ““Sumqayıt”la oyuna hazırlıq prosesi normal keçir. İndi biz daha çox çempionat oyunlarına köklənmişik və qarşıdakı tur “Qarabağ”la keçirdiyimiz son ağır oyundan sonra azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq. “Sumqayıt” yaxşı komandadır və bizi gərgin matç gözlədiyini anlayırıq. Sezar Meza Kollinin və Kamran Ağayevin “Sumqayıt”la oyuna çıxmaları hələlik sual altındadır. Fuad Bayramov qırmızı vərəqə aldığından meydana çıxa bilməyəcək. Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdullayev zədəlidirlər”.