“Bəlkə də ofsayd var idi” - Dabo

belke-de-ofsayd-var-idi
Oxunma sayı: 1336

Topaz Premyer Liqasının 6-cı turunda "Qәbәlә" "Zirә"ni 2:0 hesabı ilә mәğlub edib.

Qafqazinfo” xәbәr verir ki, әyalәt klubunun hücumçusu Baqali Dabo oyundan sonra jurnalistlәrin suallarını cavablandırıb:

- Oyun haqda təəssüratlarınızı bölüşərdiniz...

- Yaxşı oyun keçdi. İlk dəqiqələrdən “Zirə”nin qapalı oynaması bizə çətinlik yaradırdı. Lakin qol vurduqdan sonra işimiz asan oldu.

- 6 oyun keçirmisiz. Ən çətin qarşılaşma hansı oldu?

- “İnter”ə qarşı daha çətin olmuşdu. Onlar daha yaxşı futbolçulardan təşkil olunub və qapalı oynayırlar.

- “Sumqayıt”la oyunda ilk qol barədə ofsayd olduğunu bildirirlər. Epizoda çox yaxın idiniz. Bu haqda nə söyləyə bilərsiz?

- Bu haqda nəsə deməyim bir az çətindir. 2 oyunçunun mübarizəsindən mən geri çəkildim. Bəlkə də bir az ofsayd var idi. Lakin mən mübarizəni davam etdirdim və fərqləndim.

- 6 oyundur ki, qol görmürsüz. Bu barədə fikirləriniz necədir?

- Düşünürəm ki, bizim üçün yaxşı haldır. Həm hücumda, həm də müdafiədə yaxşı çıxış edirik.

- Avropa Liqasında “Maynz”la oyun barədə nə düşünürsüz?

- Biz bu oyunu evdə oynayacağıq. İlk oyunda uduzmuşduq. Buna görə də, bizə mütləq qələbə lazımdır. Bu oyunun əhəmiyyəti çoxdur.