“Belə oyunlar təhlükəlidir” - Qurban Qurbanov

bele-oyunlar-tehlukelidir-
Oxunma sayı: 910

"Maraqlı oyun alındı. Hər bir oyunda nəticələr vacibdi".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  “Qarabağ” “Styaua” oyununu şərh edərkən deyib. O bildirib ki, qarşılaşmanın qələbəylə bitməsi komanda üçün daha faydalı olub:

"Oyunda da nəticə bizi qane etdi. Bu qarşılaşmada yaxşı çıxış etdik. Futbolçular verdiyimiz tapşırıqları aldılar və yerinə yetirdilər". 

Qurbanov Rəşad Sadıqovun zədəsindən də danışıb:

"Zədəsi ciddi görünmür, amma yekun durum sabah tibbi müayinədən sonra məlum olacaq. Muarem Muarem isə əvəzlənməyi özü istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdu. Belə oyunlar təhlükəlidi, fiziki yükləmələr bəzən zədələrə səbəb olub. Təlim-məşq toplanışında belə zədələrin olması normaldır".