“Belə hallar bizim ziyanımızadır” - Qurban Qurbanov

bele-hallar-bizim-ziyanimizadir
Oxunma sayı: 748

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah keçiriləcək “Qarabağ” - “Tottenhem” oyunu öncəsi mətbuat konfransı keçirib. "Qafqazinfo" xəbər verir ki, baş məşqçi futbolçularına inandığını bildirib. 

- Yaxşı komandaya qarşı oynayacağımızı bilirik. Rəqib pik formasındadır. Matçın mahiyyətini bilirik. Çalışmalıyıq ki, düzgün və səhvsiz oynayaq. Futbolçularıma inanıram. Oyunçular məsuliyyəti hiss edirlər. Bizdən çox şey gözlənilir. Bunu dərk edirik.

- Rəqib 7 əsas futbolçusnu gətirməyəcək. Bunu “Qarabağ”ın xeyrinə saymaq olar?

- Açığı, Bakıya kimlərin gələcəyini bilımirəm. Rəqibin heyətində eyni səviyyəəli futbolçular çoxdur. “Tottenhem” böyük klubdu, futbolçuları çoxdu, rəqabət güclüdü. Belə hallar, əksinə, bizim ziyanımızadır. Çünki belə olanda rəqib daha istəkli olur.

- Rəşad Sadıqovun meydana çıxmaq ehtimalı var?

- Ola bilər bəzi dəyişikliklər oldu. Amma avrokuboklarda böyük dəyişikliklər çox etmirik. Belə matçlarda təcrübə və daimi bir yerdə çıxış edən futbolçuların oynamağı lazımdır. Rəşadın vəziyyətinə sabah aydınlıq gələcək. Amma oynamaq ehtimalı var.