“Belə Buffona da qol vurmaq olar” - “Göteborq”un qapıçısı Sadıqovun qolu haqqında

bele-buffona-da-qol-vurmaq-olar-
Oxunma sayı: 2701

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran İsveçin “Göteborq” klubunun qolkiperi Con Alvbeycin “Qafqazinfo”ya müsahibəsi:

- Oyunla bağlı fikirləriniz necədir?

- Deyərdim ki, erkən qollar oyunun taleyini həll etdi. Çox çalışdıq. Amma alınmadı. Rəqibimizə qrup mərhələsində uğurlar arzulayıram.

- Stadionun ot örtüyü oyununuza mane oldu?

- Futbolçular meydanda çətinlik çəkirdi. Həqiqətən də bərbad idi.

- Qrup mərhələsində “Qarabağ”a azarkeşlik edəcəksən?

- İstərdim ki, “Qarabağ” qrup mərhələsini də uğurla keçsin. Biz güclü komandaya uduzmuşuq. Təəssüflənmirik. Rəqibimiz güclüdür. Onlara uğurlar arzulayıram.

- Rəşad Sadıqovun vurduğu azərbaycansayğı qolla bağlı nə söyləyə bilərsən? Belə bir qol buraxmışdın?

- Azərbaycansayağı? İlk dəfə eşitdim. Belə qol ilk dəfə idi ki, qapımda gördüm.

- Bu taktikadan azərbaycanlı futbolçular yararlanır. Rəşad Sadıqov Volkan Demireli də məyus edib…

- Sizdən eşitdim. İki futbolçu çəkildi, artıq qarşımı görə bilmiridm, müdafiəçilər kəsmişdi. Gördüm ki, top tordadı. Hiyləgər taktikadır. Bu taktika ilə nəinki Volkanı hətta Buffonu da məyus etmək mümkündür.