“Bavariya” “Arsenal”ı, “Real” isə “Napoli”ni sınağa çəkəcək

bavariya-arsenali-real-ise-napolini-sinaga-cekecek
Oxunma sayı: 1359

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, “Bavariya” Münhendə “Arsenal”ı, “Real” isə Madriddə “Napoli”ni qonaq edəcək.

“Bavariya” və “Arsenal” arasında keçirilmiş son 10 oyundan 5-də almanlar qalib gəldikləri halda, 3-də “Arsenal” sevinən tərəf olub. Digər 2 görüşdə isə heç-heçə qeydə alınıb.

Hər iki klubun heyətində zədəlilər bağlı problemləri var. Almanlarda Jerom Boatenq və Frank Riberi, ingilislərdə isə Santi Kazorla, Aron Remsi və Qranit Caka meydana çıxa bilməyəcək.

Günün digər maraqlı qarşılaşmas “Real” “Napoli” arasında baş tutacaq. Oyunun ev sahibləri üçün asan keçməyəcəyini demək olar. Təsadüfi deyil ki, “Napoli” 18 oyundu məğlub olmur.

23:45 “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)

23:45 “Real” (İspaniya) – “Napoli” (İtaliya)