““Barselona” rəhbərliyi saxta və nankor çıxdı”

barselona-rehberliyi-saxta-ve-nankor-cixdi
Oxunma sayı: 1914

“Yuventus”un müdafiəçisi Daniel Alveş ötən yay “Barselona”dan ayrılmasının səbəbləri haqqında danışıb.

Qafqazinfo” xəbər verir ki, braziliyalı futbolçu katalon klubunun bosslarını ittiham edib.

“Məni sevib klubda görmək istəyən rəhbərliklə münasibətim yaxşı olur. Əks halda, çıxıb gedirəm. “Barselona”dan getməyim məntiqli idi. Klub rəhbərliyi saxta və nankor insanlar çıxdı”.

Alveş 2008-ci ildə “Sevilya”dan “Barselona”nın heyətinə cəlb olunmuşdu.