““Barselona”nın sonu gəlir” - “Real”ın sabiq məşqçisi

barselonanin-sonu-gelir
Oxunma sayı: 1968

“Real”ın sabiq baş məşqçisi Bernd Şuster maraqlı açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, almaniyalı mütəxəssis “Barselona”nın Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0:4 hesablı məğlubiyyətindən sonra kataloniyalıların sonuna gəldiyini bildirib:

“Barselona”nın sonu gəlir. PSJ qarşısındakı məğlubiyyət buna sübutdu”.

Şuster sabiq klubu “Real” barədə də danışıb. 57 yaşlı çalışdırıcı “Real”ın “Napoli” üzərində qələbəsi (3:1) barədə danışarkən Kriştiano Ronaldonun Kərim Benzema üçün boşluqlar yaratdığını deyib:

“Real” “Napoli” qarşısında vacib qələbə qazandı. Benzema komanda yoldaşları üçün hədiyyədi. Kriştiano Ronaldonun rəqib müdafiəsində yaratdığı boşluqdan məharətlə yararlandı”.

Xatırladaq ki, Şuster 2007/08-ci il mövsümündə “Real”ı çalışdırıb. Onun son iş yeri "Malaqa" olub.