“Barselona” futbolçularını FİFA-nın tədbirinə buraxmadı

barselona-futbolcularini-fifa-nin-tedbirine-buraxmadi
Oxunma sayı: 1034

“Barselona”nın futbolçuları FİFA-nın 2016-cı ilin ən yaxşı futbolçusu üçün veriləcək “The Best” (Ən yaxşı) mükafatının təqdimetmə mərasiminə qatılmayacaq.

Qafqazinfo” xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin rəhbərliyinin icazə verməməsidi. Belə ki, komandanın təhbərliyi İspaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində Bilbao “Atletik”inə qarşı keçiriləcək matçın hazırlıqlarına görə Lionel Messi, Andres İnyesta, Luis Suares və Neymar tədbirə qatılmayacaq.

Qeyd edək ki, tədbir bu gün Bakı vaxtı ilə saat 21:30-da İsveçrənin Sürix şəhərində təşkil ediləcək.