“Bakıya qələbə üçün yollanacağıq“ - “Lill”in müdafiəçisi

bakiya-qelebe-ucun-yollanacagiq
Oxunma sayı: 879

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Lill” doğma meydanında “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edib.

Qafqazinfo” xəbər verir ki, “Lill”in müdafiəçisi Sebastian Korçia oyundan sonra açıqlama verib: “İlk hissədə bərbad oynadıq. Fasilədən sonra isə özümüzə gəldik. Çoxsaylı hücumlar təşkil etsək də, yalnız bir qolla kifayətləndik. Cavab matçı çətin keçəcək. Artıq “Qəbələ”ni daha yaxından tanıyırıq. Belə komandalara qarşı oynamaq çox çətindir. Bakıya qələbə üçün yollanacağıq”.

Korçia Ederin yoxluğundan da danışıb: “Eder möhtəşəm futbolçudur. O, ötən mövsümün 2-ci yarısında bizə qoşuldu və fantastik mövsüm keçirdi. Eder cavab matçında bizə lazım olacaq”.