Bakıya gəlmədi, İtaliyada toy edəcək

bakiya-gelmedi-italiyada-toy-edecek
Oxunma sayı: 3516

Almaniya milli komandasının qapıçısı Manuel Noyer bu yay ailə həyatı quracaq.

Qafqazinfo” xəbər verir ki, "Bavariya"nın üzvü olan 30 yaşlı futbolçu toy mərasimini vətənində yox, İtaliyada keçirəcək.

Noyer sevgilisi Nina Vaysla 2 il əvvəl görüşməyə başlayıb, yeni ildə isə nişanlanıb. 

Xatırladaq ki, qapıçı Bundesliqada 25 turun hamısında iştirak edərək 13 qol buraxıb. O, İngiltərə ilə Dortmundda yoldaşlıq görüşünə, Azərbaycanla Bakıdakı rəsmi oyuna çağırılsa da, zədə üzündən millidən kənarda qalmalı olub.