“Bakıda belə yaşamaq qeyri-mümkündür”

bakida-bele-yasamaq-qeyri-mumkundur
Oxunma sayı: 3436

Qış fasiləsindən öncə “Rəvan”ı tərk edən ukraynalı qapıçı Konstantin Maxnovski yerli mətbuata açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o, ölkəmizdəki karyerasından danışıb.

Maxnovvski Bakıda yaşamağın çətin olduğunu bildirib: “Azərbaycan çempionatı 4 dövrədən ibarətdir. Mən 18 görüşdə, mövsümün yarısında meydana çıxdım. Həm də Azərbaycan kubokunun matçlarında oynadım. Məşqçi mənə tamamilə etibar edirdi. Sadəcə klubun maliyyə vəziyyəti yaxşı deyildi. Yeni il yaxınlaşdıqca orda durum bir az da korlandı. Bütün legionerlər komandanı pula görə tərk etdi. Bakı bahalı şəhərdir. Orda qəpik-quruşla yaşamaq mümkün deyil”.