Bakıda Avropa çempionatı başlayır

bakida-avropa-cempionati-baslayir
Oxunma sayı: 954

Bu gün 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə start veriləcək.

Qafqazinfo”nun məlumatına görə, bu gün A və B qruplarında ilk turun oyunları keçiriləcək.

Turnirin açılış matçı B qrupunda Avstriya və Bosniya və Herseqovina yığmaları arasında baş tutacaq. Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək saat 14:00-da başlayacaq. Qrupun digər görüşündə Ukrayna və Almaniya üz-üzə gələcək.

A qrupunda qərarlaşan Azərbaycan millisi isə turnirdə ilk matçında çıxacaq. Təbriz Həsənovun komandası Portuqaliya yığması ilə qarşılaşacaq. Digər oyunda isə Belçika Şotlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək.