“Bakı Marafonu 2016”nın qalibləri açıqlandı

baki-marafonu-2016nin-qalibleri-aciqlandi
Oxunma sayı: 2293

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2016”nın qalibləri məlum olub.

"Qafqazinfo" xəbər verir ki, marafonda kişilər arasında birinci yerə Namiq Əsədov, ikinci yerə Gürcüstan vətəndaşı Georqi Dameniya, üçüncü yerə isə Tural Sadıxlı çıxıblar.

Qadınlar arasında isə finiş xəttini birinci Rahidə Aslanova keçib. İkinci yeri Bakıda yaşayan Böyük Britaniya vətəndaşı Nataşa Peterson, üçüncü yeri Rəqsanə Rəcəbli tutub.