Bakı Kristal Zalına media tur

baki-kristal-zalina-media-tur
Oxunma sayı: 722

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi media nümayəndələri üçün qeydiyyatın başa çatdığını bildirir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, avqustun 25-də saat 11-də mötəbər yarışın keçiriləcəyi Bakı Kristal Zalında media tur təşkil olunacaq. Tədbirdə jurnalistlərə Bakı Şahmat Olimpiadasında yaradılacaq şərait barədə məlumat veriləcək. Eyni zamanda media nümayəndələri yarış zalı, mətbuat mərkəziylə tanış olmaq imkanı qazanacaq.

Tədbirin sonunda akkreditasiya vəsiqələri paylanılacaq.