“Bağışlansınlar...” - Elbrus Məmmədov

bagislansinlar
Oxunma sayı: 1229

Topaz Premyer Liqasında XX turun qarşılaşmaları davam edir.

"Qafqazinfo" xəbər verir ki, "Qarabağ" doğma meydanda "Xəzər Lənkəran"nı 3:0 hesabı ilə məğlub edib.

"Azərsun Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Elbrus Məmmədov məğlubiyyəti belə şərh edib:

“İlk olaraq "Qarabağ"ı qələbə münasibətiylə təbrik edirəm. Öz oyunumuza gəldikdə isə, o qədər də razı qalmadım. Futbolçular hələ yenidi, vaxt keçdikcə uyğunlaşacaqlar”.

- Bu oyunda Elnurla Kamranın yeri görünürdü. Əsasən də, hücuma çıxanda...
- Əlbəttə, yeri görünürdü. Onlar mənim yetirmələrimdi. İllərdi komandada oynayırdılar. Bu gün meydana çıxanlar yenidilər. Vaxt keçdikcə onlar da düzələcək.

- Bəhman Həsənov mətbuat konfransında demişdi ki, ümid edirəm ki, "Xəzər Lənkəran"ın da hesabından 6 xal çıxılsın...
- Bunu şərh etmək istəmirəm.

- Komandadan göndərilən oyunçuların bağışlanması mümkündü?
- Mən istəyərdim ki, bağışlansınlar.

- Hazırda qarşınızda duran əsas vəzifə nədi?
- Əzmkar, döyüşkən komanda qurmaq.

- Bəs Premyer Liqada qalmaq?
- Əlbəttə, əzmkar komanda qurmaqla yanaşı, yüksək liqada qalmaq.

Elsevər