“Bacarmasaq, çox pis olacaq” - “Qəbələ” rəqibinin baş məşqçisi

bacarmasaq-cox-pis-olacaq-
Oxunma sayı: 684

Xəbər verdiyimiz kimi, sabah “Qəbələ” Yunanıstan PAOK-u ilə Avropa Liqasındakı səfər matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, oyunöncəsi PAOK-un baş məşqçisi İqor Tudor jurnalistlərin suallarını cavablandırıb:

“Bizim inamlı qәlәbәyә ehtiyacımız var. Futbolçularım mәşqdә çox yaxşı çalışırdılar. Onları meydanda da belә görmәk istәyirәm. Bizi digәr oyundakı nәticә maraqlandırmır. Bütün fikrimiz öz matçımızdadır. Bizim üçün xüsusi hallar var. Mәn öz oyunçularımın vәziyyәtini bilirәm vә onlara güvәnirәm. Kapitan Anastasiadisin әvәzinә Pelkas oynayacaq. Biz birinci qol vurmalıyıq. Әgәr bunu bacarmasaq, çox pis olacaq”.

Elsevər